Detallara Rəsmi Zəmanət
Ekran Təmiri Laboratoriyası

Tam Ekran və Sensor Dəyişimi

Telefonunuzun ekranı qırılıb, rənglər qarışıb və ya toxunuşa cavab vermir? Sumqayıtda ən sürətli və zəmanətli ekran dəyişimi xidmətindən yararlanın.

Cihazınız ilk günkü kimi Parlaq və Həssas olacaq

Mobil telefonların ən həssas hissəsi olan ekranlar zərbəyə məruz qaldıqda daxili LCD və ya OLED matrisa sıradan çıxa bilir. Xaqani Service olaraq, ekran dəyişimi zamanı cihazınızın orijinal görüntü keyfiyyətini və sensor həssaslığını qoruyub saxlayırıq.

Biz müştərilərimizə həm tam orijinal (zavod), həm də yüksək keyfiyyətli A+ ehtiyat hissələri təklif edirik. Xüsusilə Apple iPhone modellərində yeni ekran quraşdırılarkən xüsusi proqramatorlar vasitəsilə True Tone məlumatları köhnə ekrandan yenisinə problemsiz köçürülür.

30 Dəqiqəyə Hazır

Gözləmə zalımızda çayınızı içərkən cihazınız təmir olunur.

Rəsmi Zəmanət

Quraşdırılan bütün ekranlara yazılı zəmanət verilir.

Orijinal Rənglər, 100% Həssaslıq

İstifadə olunan hissələr zavod standartlarına tam uyğundur.

Görüntü var, sadəcə üst şüşə qırılıb?

Şüşə bərpası (OCA) xidmətimizə baxın ➜

Necə İşləyirik?

Ekran Dəyişimi Prosesi

1

Test və Yoxlanış

Cihazın daxili zədələri və sensorun vəziyyəti cihazı sökülmədən öncə tam test edilir.

2

Təhlükəsiz Sökülmə

Xüsusi qızdırıcı avadanlıqlarla telefon zavod lentlərinə zərər gəlmədən açılır.

3

Məlumatların Köçürülməsi

Köhnə ekrandan True Tone və digər çip məlumatları yeni ekrana proqramlaşdırılır.

4

Quraşdırma və Təhvil

Yeni ekran zavod toz və su izolyasiyası lentləri vurularaq yığılır və sizə təhvil verilir.

Telefon Modeliniz Nədir?

Cihazınızın markasını və modelini WhatsApp vasitəsilə bizə yazın, Sumqayıtda ən uyğun ekran dəyişimi qiymətini 1 dəqiqə ərzində sizə təqdim edək.

Zəng Et WhatsApp