Detallara Rəsmi Zəmanət
Peşəkar OCA Laboratoriyası

Zavod Ekranın Şüşə Bərpası

Yalnız üst şüşə qırılıbsa, bütün ekranı dəyişib artıq xərc çəkməyə ehtiyac yoxdur. Cihazınızın orijinallığını Sumqayıtda qoruyuruq.

Böyük Xərclərdən Azad Olun!

Şüşə bərpası tam ekran dəyişiminə nisbətən 40% - 60% daha ucuz başa gəlir. Üstəlik, telefonunuzun zavod ekranı özünüzdə qalır.

Şüşə Bərpası Nədir və Necə Edilir?

Əgər telefonunuz zərbə alıb və ekranın üst şüşəsində çatlar yaranıbsa, dərhal bütöv ekranı dəyişməyə tələsməyin. Əvvəlcə yoxlayın: Görüntüdə ləkə və ya rəng qarışımı yoxdursa, toxunuş (sensor) ekranın hər yerində tam işləyirsə, deməli, zavod ekranınız sağlamdır.

Xaqani Service olaraq biz, Sumqayıtda ən müasir OCA (Optical Clear Adhesive) vakuum və təzyiq aparatlarından istifadə edərək qırılmış şüşəni daxili displeydən xüsusi üsullarla ayırırıq. Yerinə isə zavod texnologiyasına tam uyğun olaraq yeni Gorilla Glass şüşəsi presslənir.

Zavod görüntüsü və orijinal rənglər 100% qorunur.

Sensorun həssaslığı əvvəlki kimi tam itkisiz qalır.

Cihaz sökülərkən orijinal rezinlər və toz qoruyucular yenilənir.

Mühəndislik Sənəti

OCA Şüşə Bərpası 4 Addımda

1

Qızdırıcı Lövhə və Kəsim

Ekran xüsusi qızdırıcı (separator) üzərində isidilir və qırılmış üst şüşə xüsusi sap vasitəsilə daxili displeydən kəsilərək ayrılır.

2

Köhnə Yaponşqanın Təmizlənməsi

Orijinal displeyin üzərində qalan köhnə yapışqan (OCA) təbəqəsi mayelər və xüsusi vallar vasitəsilə zədələnmədən təmizlənir.

3

Vakuum Pressləmə

Tozsuz otaq şəraitində yeni şüşə ekranın üzərinə qoyulur və OCA press aparatında havasız mühitdə bir-birinə preslənir.

4

Avtoklav (Babl Remover)

Ekran avtoklav təzyiq aparatına yerləşdirilir. Qalan ən xırda hava qabarcıqları belə yox edilərək ekran tam zavod vəziyyətinə gətirilir.

Ekranınızın Sağlam Olduğunu Dəqiqləşdirək?

Ekran şəklinizi çəkib WhatsApp-a göndərin, ustalarımız vizual olaraq yoxlayıb şüşə bərpasının mümkün olub-olmadığını və qiymətini sizə bildirsin.

Zəng Et WhatsApp