Detallara Rəsmi Zəmanət
Rəqəmsal Sistem Bərpası

Proqram Təminatı və Şifrə Bərpası

Telefonunuz loqoda qalıb, tez-tez donur, yoxsa ekran parolunu unutmusunuz? Sumqayıtda ən təhlükəsiz və peşəkar proqramlaşdırma xidməti ilə cihazınızı yenidən canlandırırıq.

Orijinal Əməliyyat Sistemləri

Yalnız rəsmi (Global) ROM və proqram təminatlarından istifadə edirik. Telefonunuza heç bir zərərli yazılım yüklənmir.

MÜHÜM XƏBƏRDARLIQ

Sistem yazılışı (Format) və şifrə qırılması zamanı cihazdakı bütün şəxsi məlumatlar silinir.

Rəqəmsal Problemlərin Peşəkar Həlli

Mobil cihazlar hər gün böyük həcmdə məlumat emal edir. Zamanla yığılan "keş" faylları, yarımçıq qalmış sistem yeniləmələri və ya viruslar telefonun donmasına, öz-özünə sönüb yanmasına (Bootloop) səbəb olur.

Xaqani Service mütəxəssisləri cihazınıza diaqnoz qoyaraq problemin aparat yoxsa proqram mənşəli olduğunu müəyyən edir. Ehtiyac olarsa, xüsusi box və dongle cihazları vasitəsilə ən mürəkkəb sistem xətaları belə aradan qaldırılır.

Donma və Loqoda Qalma (Bootloop)

Cihazın açılış loqosunda (Apple və ya Samsung yazısında) donub qalması və ya öz-özünə restart verməsinin rəsmi yazılımla bərpası.

Unudulmuş Ekran Şifrəsi

Yaddaşdan çıxmış pin, naxış və ya parol səbəbindən kilidlənmiş cihazların sıfırlanaraq yenidən istifadəyə verilməsi.

Google (FRP) və Mi Account Bərpası

Formatdan sonra tələb olunan köhnə Google və ya Xiaomi hesablarının (cihazın sizə məxsus olması təsdiqləndikdən sonra) qanuni yollarla bypass edilməsi.

Sistem Xətaları Sizi Yubatmasın!

Telefonunuz donur və ya şifrəsini unutmusunuz? Sumqayıt, Sülh küçəsindəki servisimizə gətirin, əksər proqram problemlərini cəmi 1 saat ərzində həll edək.

Zəng Et WhatsApp